Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Robert Baqratoviç Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verdiyi sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili “Şöhrət” ordeni ilə təltif edilsin”.