Rusiyanın baş naziri Dmitri Medvedev, baş nazirin müavini Dmitri Roqozinin Azərbaycanla əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın sədri vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.
Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, sənəddə qeyd olunur:
“RF hökumət başçısının müavini Dmitri Roqozini Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın Rusiya tərəfindən sədri təyin edilməsi təsdiqlənsin, Aleksandr Xoloponin isə tutduğu vəzifədən azad edilsin”.