Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.S.Tağıyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şöhrət” ordeni ilə təltif edilsin”.