"Seçki prosesində beynəlxalq müşahidəçilər və media nümayəndələrinin sərbəst fəaliyyətinə imkan yaradılmışdı".
"Report"un məlumatına görə, bunu Rumıniya parlamentinin üzvü Kristian Avqustin Nikulesku Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı müşahidələrini bölüşərkən deyib.
O qeyd edib ki, vətəndaşların demokratik hüquqlarından istifadə etmələri üçün optimal şərait yaradılmışdı.
"Seçki prosesində beynəlxalq müşahidəçilər və media nümayəndələrinin sərbəst fəaliyyətinə imkan yaradılmışdı".