Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) ölkədə onun layihələrinin koordinatorunun ofisini bağlaması haqqında məlumatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının ATƏT-də daimi nümayəndəsi Andrey Kelin bildirib.
“Biz hesab edirik ki, Azərbaycanın bu addımı əsaslandırılmışdır, çünki ölkə ATƏT tərəfindən hansı vasitəçiliyi gözlədiyini özü həll edir”, - o deyib.