Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiya Baş Qərargah rəisi: "Rusiya Cənubi Qafqazda konstruktiv tədbirlər həyata keçirir"
"Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Qərbin dağıdıcı hərəkətlərinin əksinə olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər həyata keçirir. Bir çox cəhətdən dövlətimizin səyləri nəticəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyiş göstərdiyi müşahidə olunur", - deyə Gerasimov bildirib.
Onun sözlərinə görə, hazırda dövlətlərarası sərhəd xəttinin ən çətin hissələrindən birinin - Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında demarkasiya başa çatıb.
"Rusiya" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Rusiyada 18-ci mərtəbədən yıxılan gənc sağ qaldı
- Rusiyada yaşayan məşhur bakılı stilistə ağır xəstəlik diaqnozu qoyuldu