Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya Jurnalistlər İttifaqı Fransada “AzTV” əməkdaşlarına hücumu qətiyyətlə pisləyib
Rusiya Jurnalistlər İttifaqı Fransada Azərbaycan Televiziyasının (“AzTV”) əməkdaşlarına hücumu qətiyyətlə pisləyib.
RF Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Rusiya Jurnalistlər İttifaqı xidməti vəzifələrini yerinə yetirən jurnalistlərin işinə mane olmaq məqsədilə istənilən cəhdləri qətiyyətlə pisləyir.
“Bu hadisə ilə bağlı həmrəy olduğumuzu ifadə etdiyimiz azərbaycanlı həmkarlarımız qanun çərçivəsində hərəkət ediblər. Baş verənlərdən təəssüflənirik, bu, söz azadlığına qəsddir və Fransa hakimiyyətinin tezliklə reaksiya verməsinə ümid edirik”, - deyə R. Hüseynov bildirib.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ