Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Rusiya ordusunda xidmətlə bağlı paylanan bukletlər barədə Azərbaycan səfirliyi araşdırmaya başladı - FOTO
“Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımızı Rusiya ordusunda xidmətə dəvət edən bukletlərlə bağlı araşdırma aparır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərində Rusiya ordusunda xidmətlə bağlı bukletlərin paylandığı iddia edilib.
Digər iddiaya əsasən isə sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə paylanılır.
Bukletlər Rusiya ordusunda xidmətlə bağlı “babalarımız kimi, Vətən üçün çiyin-çiyinə duraq” başlığı ilə paylanıb. Belə ki, Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edildiyi bildirilir.
Bukletdə qeyd edilib ki, müqaviləni imzalayan şəxs altı aylıq xidmətdən sonra Rusiya vətəndaşlığı alır. Əgər şəxs vətəndaşlığı alırsa, özü və ailəsi üçün rəsmi mənzil almaq hüququ qazanır.
Tələb şəxslərin 18-60 yaş aralığında olmasıdır.
İlhamə Əbülfət
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
- XİN-dən Ermənistan baş nazirinin ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına CAVAB
- Rəsmi Bakıdan Fransaya sərt tələb: "Əsassız qarayaxma kampaniyasını dayandırın"
- Ayxan Hacızadə Nikol Paşinyanın Naxçıvanla bağlı bəyanatına cavab verib