Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya XİN: “Azərbaycan hərbçiləri ilə bağlı araşdırma beynəlxalq standartlara uyğun aparılmalıdır”
Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən bildirilib.
Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar:
“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.
Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda zəlzələ: Türkiyədə də hiss edilib
- Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Ermənistan Avropa İttifaqındakı nümayəndəliyində hərbi attaşe vəzifəsini təsis edir
- Ermənistanda sərnişin qatarı minik avtomobili ilə toqquşub: Ölənlər və yaralananlar var