Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya XİN: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik görüş təklifi almamışıq”
Moskva Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə liderlərinin Qarabağ üzrə dördtərəfli görüşünün keçirilməsi təklifləri ilə bağlı Ankaradan hələlik rəsmi müraciət almayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz KİV-də bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, - deyə diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Moskva ənənəvi olaraq Beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və 3+3 regional məsləhətçi platforması çərçivəsində birgə işin parametrləri üzrə Ankara ilə sıx dialoq aparır.
Mənbə: TASS
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Estoniya XİN rəsmisinin Rusiyaya girişi qadağan edildi
- Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri
- Zaxarova: "Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq"
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Rusiya XİN: "ATƏT-in Minsk qrupunun bütün strukturları ləğv edilməlidir"