Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya XİN Bakı və İrəvan ilə birgə üçtərəfli qrupun işini bərpa etməyə çağırıb
Rusiya bütün regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Bizim ardıcıl mövqeyimiz ondan ibarətdir ki, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi çoxdan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və baş nazirləri Mher Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrup çərçivəsində həll oluna bilərdi. Üçtərəfli işçi qrup çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazın təkcə nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həm də bütün bölgənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək", - diplomat qeyd edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb