Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya XİN: "Moskva ilə Paris arasında münasibətlər ən dərin böhrandadır"
"Rusiya ilə Fransa arasında münasibətlər dərin böhran içindədir və bunu, hətta soyuq müharibə dövrü ilə müqayisə etmək çətindir".
Bu bəyanatla mayın 22-də Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artyom Studennikov çıxış edib.
"Diqqəti cəlb etmək istərdim ki, Rusiya-Fransa münasibətləri artıq dərin böhran içindədir və bunu, hətta Soyuq Müharibə dövrü ilə müqayisə etmək çətindir", - deyə Studennikov müsahibəsində deyib.
Diplomat xatırladıb ki, iki dövlət arasında təkcə siyasi və iqtisadi sahədə deyil, mədəniyyət, təhsil və idman sahələrində də bütün əsas qarşılıqlı fəaliyyət mexanizmləri Fransanın təşəbbüsü ilə bloklanıb.
A.Studennikovun qeyd etdiyi kimi, bu cür Rusiya-Fransa münasibətləri Moskvanın seçimi deyil, Qərb nümayəndələrinin uzun illər ərzində həyata keçirdikləri və sonda Rusiya Federasiyasına qarşı tammiqyaslı hibrid müharibəyə çevrilən məqsədli mühafizə və Rusiyaya təzyiq siyasətinin nəticəsidir.
Mənbə: iz.ru
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Leninin nəşi dəfn olunacaq? - Putindən reaksiya
- Məşhur rusiyalı aparıcı və model Parisdə faciəli şəkildə həyatını itirdi
- Rusiyada "An-2" təyyarəsi radarlardan itib
- Tatarıstanda Şaxta baba pedofil çıxdı: Uşaqları konfetlə aldadıb