Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi çərçivəsində Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri Fransa və ABŞ ilə sıx əməkdaşlıq edirdi.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin 2013-cü il üçün fəaliyyətinin nəticə və əsas istiqamətlərinə dair məruzəsinin nəticələrində danışılıb.
“Müştərək səylər nəticəsində Azərbaycan-erməni əlaqələrinin yüksək səviyyədə bərpa edilməsinə dair prinsipial razılaşma əldə edilib”, - RF XİN saytında yerləşdirilmiş informasiyada deyilir.
Eləcə də Rusiya Federasiyasının MDB ərazisində münaqişələrin siyasi-diplomatik tənzimlənməsində fəal iştirak edəcəyi qeyd edilib. Əsasən Dnesteryanı xüsusi statusu müəyyənləşdirilən zaman, problemin Moldova Respublikasının müstəqilliyinə, ərazi bütövlüyünə və neytral statusuna hörmət əsasında həlli yollarının axtarılmasında iştirak edəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə sıx əməkdaşlıq edərək problemin həllinə yardımçı olacaq.