Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mariya Zaxarovanın azərbaycanlı jurnalistlə pozitiv dialoqu
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün keçirdiyi brifinq əhəmiyyətli mövzuların izahı ilə yanaşı səmimi məqamlarla da yadda qalıb. Belə ki, o, Azərbaycanın CBC kanalının müxbiri Brilliant İslamova ilə zarafatlaşıb və ona kompliment deyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan görünür ki, azərbaycanlı müxbir özünü təqdim etdikdən sonra Zaxarova ondan maraqlı bir xahiş edib:
"Olar ki, bundan sonra mən "CBC kanalı bizimlədirmi?" deyə soruşanda siz "Brilliant sizinlədir" deyəsiniz" - deyə Rusiya XİN sözçüsü xahişini bildirib.
Zaxarova həmçinin jurnalisti gördükdə əhvalının yüksəldiyini vurğulayıb və ətrafına belə pozitivlik yaydığı üçün İslamovanın valideynlərinə təşəkkürünü bildirib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Zaxarova: "Rusiyaya "Taurus" zərbəsi Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi olacaq"