Xəzər dənizinin hüquqi statusuna dair konvensiya üzərində işin Xəzəryanı dövlətlərin rəhbərlərinin 2016-cı ildə Astanada keçiriləcək sammitinə qədər başa çatması mümkündür.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dünən Rusiya Federasiyası XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.
“Konvensiya layihəsi üzrə danışıqları beş müstəqil dövlət aparacaq. Bütün tərəflər bu sənədin yalnız bir iştirakçının diqtəsi altında yazıla bilməməsinə dair yekdildirlər.
Biz bu işi onun əsas hissələrinə dair razılığa gəldiyimiz an bitirəcəyik. Bu çətin yolun əsas hissəsi artıq qət edilib, sənədin əsası formalaşdırılıb”, - Q.Karasin jurnalistlərə bildirib.