Verdiyi açıqlamadan belə bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisyan özünə bənzəməyən bir xələf axtarışındadır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
“Onun fikrincə, ölkəsinin gələcək prezidenti bir neçə xarici dil bilməlidir ki, özü bilmir. Həm Ermənistanda, həm də xaricdə geniş əlaqələri olmalıdır, bu da Sərkisyanda yoxdur”, – deyən millət vəkilinin sözlərinə görə, Sarkisyan həmin adamın yaxşı reputasiyasının olmasını istəyir ki, o, qətiyyən belə biri deyil.
“Beləliklə, forpostbaşının bu açıqlamasından da açıq-aydın görünür ki, prezident kürsüsünə layiq olmadığının, agentlik etdiyi gücün istəyilə orada əyləşdiyinin özü də fərqindədir”, – deyə S. Alıyev qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az