Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sahibkarlara şad xəbər: Məhsullardan birinin istehsalına dair güzəşt daha üç il uzadılır
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.
Həmçinin, 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Avtomobillərlə bağlı qərar qiymətlərə necə təsir edir?
- Azərbaycanda nəqliyyatla bağlı yeni yaradılan holdinqin nizamnaməsi təsdiqləndi
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi
- Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi