Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
Sakit okean regionunda fəaliyyət göstərən 30-a yaxın təşkilat Fransa hökumətinin Yeni Kaledoniyada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq birgə bəyanat yayıb.
"Report"un məlumatına görə, sənəddə Fransanın dekolonizasiya prosesini idarə etmək iqtidarında olmadığı vurğulanaraq, BMT-dən, eləcə də Sakit okean hövzəsi ölkələrinin rəhbərlərindən prosesə müdaxilə etmək tələb olunur. Onlar iğtişaşların səbəbi kimi Fransa hökumətinin Yeni Kaledoniyada seçki qanunvericiliyini zorla dəyişmək inadından qaynaqlandığını qeyd ediblər.
"Son aylarda Kanaki liderləri dəfələrlə yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu təhlükə altına alan və ərazinin gələcək statusu ilə bağlı davam edən dinc dialoqu təhdid edən yerli seçki qanunvericiliyinə təklif edilən konstitusiya dəyişikliyinin geri götürülməsinə çağırışlar ediblər".
Makron hökumətini müstəmləkəçilikdə ittiham edən bəyanat müəllifləri Fransa tərəfindən birtərəfli qaydada təklif edilən bu dəyişikliklərin kanak xalqını öz torpağında azlığa çevirəcəyini və onların azadlığa gedən yollarını bağlaya biləcəyini vurğulayıblar.
"Aydındır ki, Fransa hökuməti Makronun rəhbərliyi altında bu dekolonizasiya prosesinə nəzarət etmək iqtidarında deyil və yararsızdır. BMT daha ədalətli və dinc keçidi bərpa etmək üçün müdaxilə etməlidir".
"Fransa" teqi üzrə xəbərlər
- Kütləvi elektrik kəsintisindən sonra İspaniyada vəziyyət normala qayıdır
- Avropada kütləvi elektrik kəsintisinin vurduğu ziyanın məbləği qiymətləndirildi
- Fransa Hindistanı silahlandırır: 26 qırıcı verəcək
- İspaniyada elektrik kəsintisi: Milli Təhlükəsizlik Şurasının təcili iclası çağrıldı
- Rəsmi Bakı Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılmasını pisləyib