Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub
“İnterfax” agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır, Oxu.Az xəbər verir.
Sərkisyan Putinə deyib:
“Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”.
(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin qızışmasında Azərbaycn və Ermənistan bir-birlərini ittiham edir–red.).
Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib:
“Biz prezidentlərin üçtərəfli görüşünün sabah - avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik”.
D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib:
“Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur” (“Azadlıq” radiosu).