Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ
Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.
Bu barədə Oxu.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.
Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.
Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.
Xatırladaq ki, 61 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır.
Aqşin Kərimov
"DTX" teqi üzrə xəbərlər
- General Nizami Məmmədov və zabitlər hakim qarşısında: Mənimsənilən puldan cəmi 38 milyonu qaytarılıb
- DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?
- 326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin MƏHKƏMƏSİ
- Casusluğu sübuta yetirildi - 16 il cəza aldı
- İcra başçısına qarşı terror aktına cəhddə ittiham olunanın məhkəməsi başladı