"İran klassik üslubda müharibə aparmır".
Oxu.Az xəbər verir ki, bunu Avstriyanın sabiq kansleri Sebastyan Kurts XIII Qlobal Bakı Forumunda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət - Yeni məsələlər, yeni çağırışlar" mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, İranın hazırkı bir neçə ölkəyə raket hücumu artıq terrorçuluq kimi qəbul olunur:
"Hazırda İranın hücumlarına görə dünya təhlükə ilə üzləşib. Almaniya və ya digər dövlətlərdə elə qanunvericilik var ki, onlara kiberhücum olarsa, qanunvericiliklərinə görə, Almaniya qarşı tərəfə hücum etməməlidir. Sual yaranır: terrorçuluğa qarşı mübarizədə ölkələr qanunvericiliyinə dəyişiklikmi etməlidir? Biz İranla mübarizədə effektiv həll yolları tapmalıyıq. Onlara zərbə endirilməlidir ya yox, bunu müəyyənləşdirməliyik".
Məlik Məlikov