"Çin və Azərbaycan iki ölkə arasında viza rejiminin ləğv edilməsini nəzərdə tutan sazişin ratifikasiyası üçün lazım olan bütün addımları atır".
Oxu.Az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib
O bildirib ki, Çindən Azərbaycana turist axınında artım var:

"Yanvar - aprel ayları ərzində Azərbaycana gələn Çinli turistlərin sayı 70 faiz artıb. Viza rejiminin qarşılıqlı ləğvi haqqında sənəd bu rəqəmi daha da artıracaq. Hazırda onun ratifikasiyası üçün addımlar atılır. Səfirlik bu prosedurun gedişatı ilə bağlı bütün məlumatları təqdim etməyi düşünür".
Mərahim Nəsib