ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycana ABŞ-ın yardım proqramlarını müzakirə etmək üçün QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyevlə görüşüb.
Oxu.Az ABŞ səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, görüşdə bildirilib ki, ABŞ Azərbaycana müxtəlif sahələrdə 1,3 milyard dollar yardım təqdim edib və səfirlik bunun daha çox artırılmasını gözləyir.