Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Separatçı Arayik Arutyunyanın adı “Mirotvorets” bazasına salındı
Azərbaycanın Qarabağ bölgəsində erməni quldurlarının keçmiş başçısı Arayik Arutyunyan “Mirotvorets” məlumat bazasına daxil edilib.
O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur.
Saytda Arayik Arutyunyanın Ukrayna ərazilərinin işğalı ilə bağlı çoxsaylı təşviqat faktları təqdim edilib.
“Mirotvorets” Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytında dərc edilmiş bu paylaşımı sözügedən şəxsin Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin təhlükəsizliyinə və beynəlxalq hüquqa qarşı qəsdən hərəkətlər törətməsi, eləcə də digər qanun pozuntularına dair bəyanat kimi qiymətləndirsin”, - deyə məlumatda bildirilib.
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Bakıda saxlanılan erməni hərbi cinayətkarlar ailələri ilə danışıblar
- Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir - "Kaspi"nin ŞƏRHİ
- Erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib
- Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün bağlanan qapı
- Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər