Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Serbiya parlamentinin nümayəndələri prezident seçkisi barədə danışıblar
Serbiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, konfransda İvana Radoviç, Sandra Boziç və Dusan Mariç iştirak ediblər.
İvana Radoviç bildirib ki, seçki yüksək səviyyədə həyata keçirilib:
“Texniki tərəfdən hər şey həll edilmişdi. Seçki prosesi ərzində Xankəndi və Şuşada olduq. Orada seçki məntəqələrində şəffaf seçki aparıldı. Azad seçkilərin keçirilməsində hər hansı qanun pozuntusu ilə rastlaşmadıq. Heç bir insident qeydə almadıq. Seçki məntəqələrinin ətrafında vəziyyət sabit olmuşdu”.
O qeyd edib ki, onlara bütün məntəqələrdə azad şəkildə başçəkmə imkanı verilib:
“Azərbaycanın demokratik prinsiplərə olan sadiqliyi danılmazdır. Seçkinin nəticələri ilə bağlı Azərbaycan xalqını və İlham Əliyevi təbrik edirəm”.
İlhamə Əbülfət
"Şuşa" teqi üzrə xəbərlər
- "Azərişıq" rəsmisi: "Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir"
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- "Kontakt" Şuşaya yol açır: Qarabağda YENİ İMKANLAR
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR