"İki dost dövlət olan Serbiya və Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və ölkələrimiz arasındakı münasibətləri olduqca parlaq bir gələcək gözləyir".
Oxu.Az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç özünün "X" sosial şəbəkə hesabında yazıb.
Две пријатељске земље, Србија и Азербејџан, одлучне су да развијају стратешко партнерство, чека нас светла будућност у односима наших земаља. Хвала искусном државнику и правом народном лидеру председнику Алијеву @presidentaz што је увек своје знање делио са мном. pic.twitter.com/yrmyoeHqzg
— Александар Вучић (@avucic) February 15, 2026
A.Vuçiç eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev barəsində fikirlərini də bölüşüb.
"Hər zaman öz dəyərli bilik və təcrübəsini mənimlə bölüşdüyü üçün təcrübəli dövlət xadimi, əsl xalq lideri olan Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm", - o yazıb.