"Laçında aparılan tikinti-bərpa işlərinin sürəti inanılmazdır".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Laçındakı əməkdaşına açıqlamasında Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
"Laçın heyrətamiz bir yerdir və daha heyrətamiz olan odur ki, son səfərimdən bəri burada miqyaslı dəyişikliklər baş verib. Sonuncu səfərim bir il yarım əvvəl olub. Burada bu qədər yeni tikililərin olması sadəcə inanılmazdır. Biz bu gün yeni hava limanına gəldik. Mən həqiqətən Azərbaycan və onun inkişafı ilə qürur duyuram", - səfir qeyd edib.