Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serbiyalı nazir: "Balkan ölkələrində vəziyyət çətindir"
"Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi həm münasibətlərin inkişafı, həm də beynəlxalq hüquqa əməl edildiyini göstərir".
Oxu.Az xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Nazir əlavə edib ki, Balkan ölkələrində siyasi vəziyyət çətindir və Serbiya çalışır ki, müstəqilliyini, iqtisadi inkişafını və sabitliyini qoruyub saxlasın:
"Təəssüf ki, hər şeyə rəğmən müharibələr Balkan ölkələrindəki sabitliyə də mənfi təsir göstərir. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edir və prosesləri də bu istiqamətdə dəyərləndiririk. Mən bu baxımdan cənab nazirdən azərbaycanlıların da keçmişdə bu kimi proseslərdən necə əziyyət çəkdiyi barədə məlumat almışam".
Mərahim Nəsib
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- İrandan geri addım: "Azərbaycana qarşı bəyanatlar düşüncəsiz və yersizdir"
- Azərbaycan XİN ABŞ-dəki hücumu pisləyib
- İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
- Azərbaycan və Litva XİN başçıları təyyarə qəzasını müzakirə ediblər
- XİN rəsmisi: "Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur"