Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sergey Lavrov: “İrəvanın bəyanatları Moskvanı praktik addımlar barədə düşünməyə vadar edir” - VİDEO
“Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və öz praktik addımlarını planlaşdırarkən bunları nəzərə alacaq”.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur.
“Ermənistan rəhbərliyindən hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələr baş verdiyi və bunu praktiki addımlarımızda necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”, - Lavrov qeyd edib.
Qeyd edək ki, son aylar İrəvanda Moskvaya qarşı ittihamlar səslənir.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Leninin nəşi dəfn olunacaq? - Putindən reaksiya
- Məşhur rusiyalı aparıcı və model Parisdə faciəli şəkildə həyatını itirdi
- Rusiyada "An-2" təyyarəsi radarlardan itib
- Tatarıstanda Şaxta baba pedofil çıxdı: Uşaqları konfetlə aldadıb