Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Si Cinpin Prezident İlham Əliyevi təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, "Bir kəmər, bir yol"un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
- Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"
- Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimələnəcək
- "Aviasiya haqqında" Qanuna dəyişiklik edildi
- "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edildi