Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib.
"Azərbaycanla milli dəyərlərimizi, könül bağlarımızı, hər cür mədəni zənginliyimizi bölüşmək istəyirik. Şimali Kipr hökuməti olaraq "Bir millət, üç dövlət" anlayışına sahibik. Bu anlayış çərçivəsində aramızdakı iqtisadi, ticari, turizm sahələrində güclü əlaqələr var. Azərbaycanlı deputatların Şimali Kiprə gəlməsi, bizim məclis üzvlərimizin Azərbaycana səfəri çox önəmlidir", - o əlavə edib.
"Şimali Kipr Türk Respublikası (ŞKTR)" teqi üzrə xəbərlər
- TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq
- Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"
- Mete Yarar: "Azərbaycan sözünün arxasında durdu"
- Mərkəzi Asiyanın türk dövlətlərindən Türkiyəyə qarşı qərar
- Hulusi Akar: "Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir"