Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şimali Makedoniya prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.
Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət xidmətinin vəzifələri artırıldı - FƏRMAN
- Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq
- Qordana Silyanovska-Davkova: "Biz irəliyə doğru addımın atılmasını gözləyirik"
- Şimali Makedoniya prezidenti: "Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır"