Hazırda Milli Şura daxilində olduqca böyük gərginlik yaşanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, YAP müxalifətin bu layihəsi ilə bağlı vaxtilə kifayət qədər proqnoz verib:
“Zaman göstərir ki, bu proqnozlar düzdür”.
YAP funksioneri bildirib ki, Milli Şura rəhbərliyində təmsil olunanlar arasında səmimi münasibət yoxdur:
“Artıq qurumun rəhbərliyindəki şəxslər arasında rəqabət gedir. Bu baxımdan Milli Şuranın dağılması labüddür. Ayrı-ayrı partiyalar seçkilərdə öz namizədini irəli sürmək üçün yəqin ki, bu həftənin sonunda toplantılarını keçirəcək”.