Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, S.Novruzov bitərəf və digər siyasi partiyalardan olan deputatlara müraciət edib.
Deputat həmkarlarını parlamentin buraxılması ilə bağlı YAP Siyasi Şurasının təklifini dəstəkləməyə çağırıb.
Aqşin Kərimov