Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Siyavuş Novruzovun istefası qəbul olunub
Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini postundan istefası qəbul edilib.
Bu barədə Oxu.Az-a YAP-dan məlumat verilib.
Xatırladaq ki, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə töhmət alan, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) İcra katibinin müavini postundan istefa verdiyi bildirib.
S.Novruzovun adı YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb və yalnız partiyanın İdarə Heyəti siyahısında saxlanılıb.
Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən digər şəxslər də inzibati qaydada məsuliyyətə cəlb olunublar. Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktorunun həyat yoldaşı, müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimə olunublar.
Könül Cəfərli
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ