Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Slovakiyalı politoloq: “Rusiyanı ciddiyə almamaq düzgün deyil”
“Rusiya bütün təhlükələri reallaşdırmağa qadirdir və getdikcə də güclənir. Ukrayna müharibəsində də görürük ki, hərbi potensialını artırır”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında slovakiyalı politoloq Jozef Hrabina bildirib.
Onun qənaətincə, rəsmi Moskva son zamanlar müasir texnologiyanı tətbiq edir, ordusunu gücləndirir, daha təcrübəli olur:
“Rusiyadan gələn bu təhdidləri ciddiyə almamaq, ələ salmaq, əslində, ağıllı strategiya deyil. Təbii ki, biz Rusiya ilə rəqabət apardığımızı başa düşməliyik. Bu, rəqabət paralellərindən biridir və biz buna hazırlaşmalıyıq. Rusiya buna hazırlaşır, uzunmüddətli siyasət aparır.
Görünən odur ki, Kreml logistika problemlərinin öhdəsindən gəldi, təcrübə qazandı və ordusuna daha çox adam cəlb etməyə çalışır. Bütün bunlar Rusiyanın uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir”.