Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqə məruz qalır, bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bizə təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasından ibarət idi”, - o, jurnalistlərlə görüşdə bildirib.
“Biz öz siyasətimizi, öz münasibətlərimizi yürütmək istəyirik. Bizim prezident müstəqil siyasət yürütmək istəyir, bu, çoxlarının xoşuna gəlmir. Bizə olan hücumların mahiyyəti bundan asılıdır”, - spiker əlavə edib.