Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi - VİDEO
Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
A.Zeynalov həmçinin Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.
Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi - VİDEO

Mövzuya aid xəbərlər
Ən çox oxunanlar