Azərbaycan kimi dövlətlərə qarşı Rusiya qətiyyətli, mən deyərdim ki, hətta aqressiv siyasət yeritməlidir. Rusiya tarixinin müəyyən mərhələsində süni şəkildə yaradılan belə dövlətlərin mövcud olmağa heç bir haqqı yoxdur.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, belə bəyanatla, keçən həftə Moskvanın “Nasional” mehmanxanasında keçirilən “Nasizmin humanitar perspektivləri” mövzusunda ekspert dinləməsində talış separatçılarının lideri, özünü qürurla Rusiya Talış Diasporasının rəhbəri adlandıran Fəxrəddin Aboszoda çıxşı edib.
Qeyd etmək lazımdır ki, heç bir başqa xəbər agentliyi tərəfindən sözügedən tədbir işıqlandırılmayıb. KİV və Rusiya hakimiyyətinin belə tədbirlərə marağının olmaması tədbirin səviyyəsini bəlli edir. Ona görə də belə “ekspert dinləmələrinin” iştirakçıları fikirlərinin yalnız üçüncü dərəcəli informasiya agentlikləri tərəfindən işıqlandırılması ilə kifayətlənməli olurlar.
Başqa cür ola da bilməzdi. Bu tədbirin adına diqqətlə fikir verin – “Nasizmin humanitar perspektivləri”. 1946-cı ildə Nürnberq tribunalı tərəfindən mühakimə edilmiş nasizmin “humanitar perspektivləri” ola bilərmi?
Amma bununla da Aboszoda sakitləşməyərək, Rusiyada totalitar rejim tətbiq etməyə çağırıb:
“Məni “37-ci ilə” rəğbətdə ittiham etmək olmaz, amma aydın məsələdir ki, 37-ci il olmasaydı, 9 May da olmazdı! Ona görə də Rusiya hakimiyyəti bir ölkədaxili meydanın “təmizlənməsi” üçün bir sıra təxirəsalınmaz tədbirlərin həllinə başlamalıdır”.
Bundan sonra, Fəxrəddin Aboszoda iddia edir ki:
“Bu gün Rusiya üçün ən böyük təhlükə faşizmin tərəfdarları adlandırdığımız adamlarıdır. Rusiyanın belə hallarda əsl düşmənləri hakimiyyət və xüsusi xidmət orqanlarında vəzifədə oturanlar və asanlıqla milli-xəyanətkar adlandırmağın mümkün olduğu rütbələri tutanlardır”.
Yuxarıda gətirilən sitatın ardınca Aboszoda deyib:
“Belə böyük milli xəyanətkarlar ordusu olduğu halda, rəhbərlik vəziyyəti yalnız “Makkarti qanunu”nun köməyi ilə düzəldə bilər”.
Talış separatçılarının liderinin bu bəyanatını şərh edən siyasi-analitik, tarix elmləri namizədi Oleq Kuznesov Rusiya azərbaycanlılarının Federal milli-mədəni Muxtariyyəti saytında qeyd edib ki, “bu qəbilli “nasizimin humanitar perspektivləri” çətin ki, Aboszodanın həyati plan və can atdığı nailiyyətlərə müvafiq ola, o unutmamalıdır ki, gələn dəfə “əcinələrlə mübarizəyə” çağıranda, “daxili meydanın təmizlənmə”si məhz onun özündən başlana bilər...”.
Oleq Kuznesov hesab edir ki, Aboszoda bu boş polemikada etdiyi bəyanatları Rusiya vətəndaşlarına qarşı repressiya çağırışları, vətəndaşlarına rəsmi-hüquq bərabərlik zəmin edən Rusiya Konstitusiyasının 19-cu maddəsinin müddəalarına ziddir. Onun bu çağırışı 114 №-li Federal Qanunun 1-ci maddəsinə görə cinayət tərkiblidir və o həbs edilərək Azərbaycana deportasiya edilə bilər. Orda isə onunla artıq MTN istintaq izolyatorunda danışacaqlar.
“Onun deportasiyadan sonra siyasi ekstrimizmə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının xüsusi orqanlarının əlində yetərincə əsas var”, - Kuznesov sözünü yekunlaşdırıb.