Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi yenilənib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, komissiyanın sədri vəzifəsində Əli Əhmədovun adı Teymur Musayevlə əvəzlənib.
Qeyd edək ki, Teymur Musayev ötən ay səhiyyə naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilib.
Qaynar xətt:
(055) 224 12 12