Azərbaycan prezidenti İlham Əliyev Timuçin Əfəndiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Timuçin İlyas oğlu Əfəndiyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə fəxri diplomla təltif edilib.