"Qazaxıstan qədim Xəzər dənizinin sahillərini bölüşdüyü Azərbaycana qarşı səmimi hisslər bəsləyir".
Oxu.Az İnform.kz-yə istinadən xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının XXXIV sessiyasında bildirib.
"Sülh və sabitlik taleyin bizə bəxş etdiyi hədiyyələr deyil. Bu, bizim birliyimizin və səylərimizin nəticəsidir. Biz buna keçən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsir, qan vermək üçün növbəyə dururdular. Onlar Azərbaycan səfirliyinin qarşısına güllər qoyurdular. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qalıb", - o qeyd edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.