ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə Vaşinqtona səfər etmək üçün dəvət yollayıb.
Oxu.Az bildirir ki, bunu “TASS”-a Ağ evdəki mənbə təsdiqləyib.
“Mən dəvətin göndərildiyini təsdiqləyə bilərəm, lakin səfərin tarixi hələ dəqiqləşdirilməyib və hazırda bununla bağlı daha heç nə deyə bilmərəm”, - Ağ evdə bildiriblər.
Qeyd edək ki, bu gün Ukrayna KİV-lərində Vladimir Zelenskinin avqust və ya sentyabrda ABŞ-a səfər edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.