Terrorçu “İŞİD” qruplaşmasının nümayəndələri Azərbaycanadək gəlib çatmaq niyyətində olduqlarını bildiriblər, lakin hazırda bu təhlükə ciddi deyil.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə tanınmış türkiyəli siyasi şərhçi Ekrem Güzeldere bildirib.
“Nəzəri baxımdan Azərbaycan İŞİD yaraqlılarının müdaxilə etmək istədikləri (terrorçularının özlərinin dediklərinə görə - red.) ölkələr siyahısındadır. Lakin respublikanın qruplaşmanın əməliyyat keçirdiyi yerlərdən coğrafi uzaqlığı, həmçinin arada olan məkanda böyük orduya malik bir neçə ölkənin yerləşməsi bu təhdidə şübhə ilə yanaşmağa imkan verir”, - deyə, ekspert bildirib.
“Hazırda mən narahatlıq üçün səbəb görmürəm”, - deyə, o, əlavə edib.