Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə-Rusiya Monitorinq Mərkəzinin bağlanışı: “Qarabağ şikəstəsi” səsləndi - YENİLƏNİB + FOTO/VİDEO
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində rəqs ansamblının və hərbi orkestrin iştirakı ilə bədii proqram nümayiş olunub.
Lent.az-ın məlumatına görə, proqramda, həmçinin, “Qarabağ şikəstəsi” səsləndirilib.
11:12
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib.
Oxu.Az bununla bağlı görüntüləri təqdim edir:
10:16
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, tədbir təntənəli şəkildə qeyd olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.
Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.