Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad ediblər
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda "Embraer 190" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün hazırlanan guşəyə baş çəkiblər.
Oxu.Az xəbər verir ki, rəsmi şəxslər xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarını yad ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Məhərrəm Əliyev
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
- Tərlan Əhmədov: "Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam"