Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi ilə Çanaqqala və Saros körfəzində Azərbaycan hərbçilərinin də iştirak etdikləri “Nusret-2023” beynəlxalq hərbi təlimləri başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Təlim zamanı minalarla mübarizə prosedurları uğurla yerinə yetirilib və qarşılıqlı əməkdaşlığın artmasına töhfə verib”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malayziya, Pakistan və Oman hərbçiləri iştirak ediblər.
Deniz Kuvvetleri Komutanlığımızın ev sahipliğinde, Türk Deniz Kuvvetleri unsurları ile dost ve müttefik ülkelerden unsurların katılımıyla Çanakkale ve Saros Körfezi'nde icra edilen NUSRET-2023 Davet Tatbikatı tamamlandı. Tatbikatta mayın harbine yönelik usuller başarıyla… pic.twitter.com/MeRzW6ZE60
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 7, 2023