Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyəli professor: “Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər” - FOTO
“Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər”.
Bunu “Report”a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib.
O qeyd edib ki, hazırda Gürcüstanda Baş nazir dəyişikliyi və Rusiya ilə Avropa İttifaqının regiona nəzarət uğrunda mübarizəsi diqqət mərkəzindədir.
Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana etdiyi son səfərdən də söz açıb və bildirib ki, bu ziyarət müəyyən mənada rəsmi Tbilisini Azərbaycanla imzalanacaq sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər:
“Regiondakı vəziyyəti nəzərə alsaq, normalda iki qonşu ölkə arasında sıradan səfər kimi dəyərləndirilməli olan Paşinyanın Gürcüstan ziyarəti hazırda xüsusi bir mahiyyətə bürünüb. Çünki Gürcüstan Türkiyə üzərindən Ermənistana gedən malların tranzit nöqtəsidir. Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh isə Gürcüstanı iqtisadi cəhətdən kənara itələyəcək. Ona görə də Gürcüstan bu sülh prosesini yaxından izləyir. Nikol Paşinyanın xüsusən də mina xəritələri ilə bağlı verdiyi açıqlamadan sonra Gürcüstana səfər etməsi müəyyən mənada Gürcüstanı bu sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər”.
Ekspert vurğulayıb ki, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir:
“44 günlük müharibədən sonra Türkiyə regional problemlərin müzakirə və həlli üçün 3+3 formatı təklik etmişdi, ancaq Gürcüstan Rusiya ilə münasibətləri pis olduğu üçün bu formatda iştirak etməmişdi. Həmçinin İran və Rusiyanın bölgəyə baxışları ilə bağlı fikir ayrılıqları var. Bu fonda fikrimcə, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir. Fikrimcə, Paşinyan Gürcüstana səfəri zamanı bu məsələləri müzakirə edib”.
"İran" teqi üzrə xəbərlər
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- "TRT Farsca" İranı təşvişə salıb