Erməni və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginlik Ukrayna böhranının Cənubi Qafqaz regionuna təsirinin nəticəsidir.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
O, həmçinin qeyd edib ki, regionda vəziyyəti azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə müzakirə edib.
“Mən Azərbaycan xarici işlər nazirinə də bildirdim ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”, - Ə.Davudoğlu vurğulayıb.