Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ukrayna Ali Radasının fraksiya rəhbəri: “Azərbaycanlılar bizim üçün qardaş xalqdır”
Ukrayna Ali Radasının Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
O, “Report”a açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi qələbə qazandığını vurğulayıb.
“Cənab İlham Əliyevi şəxsən tanıyıram. Ukrayna xalqı adından təbriklərinə qoşuluram. Azərbaycanlılar bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən səmimi qəlbdən ölkənizə firavanlıq, Prezidentinizə cansağlığı arzulayıram”, - deyə o əlavə edib.
D.Araxamiya Azərbaycanın Ukraynaya ən tez yardım göndərən ölkələrdən biri olduğunu qeyd edib:
“Avropanın ən böyük su elektrik stansiyası partladıldı, bütün şəhərlər su altında qaldı. Mən ölkənizin rəhbərliyinə zəng etdim və 24 saat ərzində Azərbaycandan birinci təyyarə gəldi. Bu, bizim üçün çox vacib idi. Əlbəttə ki, yardımın həcmi daha böyük olan ölkələr var, ancaq biz Azərbaycanın həmişə göstərdiyi səmimiyyəti və mehribanlığı buradan başa düşməliyik. Ona görə də biz Azərbaycana vaxtında göstərdiyi köməyə görə minnətdarıq və həmişə minnətdar olacağıq”.
"Ukrayna" teqi üzrə xəbərlər
- Donald Tramp: "Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var"
- Almaniyalı nazir: "ABŞ hələ Ukrayna danışıqları başlamamışdan əvvəl Rusiyaya güzəştə gedib"
- Tramp və Putinin söhbətindən sonra Ukrayna münaqişəsi həll olacaq? - Üç ssenari DİQQƏT MƏRKƏZİNDƏ
- Almaniya Ukraynaya süni intellektə malik minlərlə dron-kamikadze göndərəcək
- Poroşenkoya dövlətə xəyanətə görə sanksiyalar tətbiq edildi